Kianu Rivz sevgilisi Aleksandra Qrant ilə birlikdə ictimaiyyət qarşısına çıxıb.
OLAY yazır ki, 61 yaşlı Kianu Rivz Nyu-Yorkda yeni “Nəticələr” filminin premyerasında sevgilisi Aleksandra Qrant ilə birlikdə iştirak edib. Cütlük qırmızı xalçada əl-ələ tutaraq poz verib.
Qeyd edək ki, Kianu Rivz və rəssam Aleksandra Qrant 2019-cu ildən birlikdədirlər. Onlar 2011-ci ildə tanış olub və uzun müddət dost kimi münasibət saxlayıblar. Keçən il cütlüyün evləndiyi barədə şayiələr yayılsa da, 53 yaşlı Aleksandra bunu açıq şəkildə təkzib edib.