Dünyaca məşhur model Veruşka 88 yaşında Berlində vəfat edib.
OLAY yazır ki, Veruşka qraf Henrix fon Lendorfun ailəsində dünyaya gəlib. Doğulduğu zaman ona qrafinya titulu verilib. Gələcək modelin atası 1944-cü ildə Adolf Hitlerə qarşı uğursuz sui-qəsd cəhdindən sonra edam edilib.
Veruşka 800-dən çox jurnalın üz qabığı üçün fotosessiyaya çəkilib. Təkcə “Vogue” jurnalının üz qabığında 11 dəfə yer alıb.
Moda sənayesində ona qeyri-rəsmi olaraq “ilk alman supermodeli” titulunu veriblər. Model həmçinin rəssam Salvador Dali ilə əməkdaşlıq edib. Onlar birlikdə bədən sənəti (body art) üslubunda müxtəlif eksperimentlər aparıblar.