Şairə Nazilə Səfərli açıqlamaları ilə diqqət çəkib.

OLAY yazır ki, Baku Expo Center-də keçirilən Ailə və Toy sərgisində iştirak edən Nazilə rəsmi qonaqlara toy adətlərindən danışıb. Həmin anları paylaşan şairə videoda bunları söyləyib:

“Azərbaycanın qədim adətlərindən biri xına gecəsidir. Keçmişdə atalar qızlarına toy etməzmiş, xına gecəsi edərmiş. Xınası yaxılan qızın saçları, əlləri, ayaqları naxışlı xınalarmış. Keçmişdə qızla gəlinin fərqini qaş alınmağından bilirdilər. Ona görə xına gecəsində gəlinin qaşları səliqə səhmana düşəndə evindəki kişilərdən həya edərdi. Üzünü örtərdi, axşamdan səhərə qədər ailəsindəki kişilərdən heç kim onu görməzdi. Səhər qız gəlin köçərdi, ata minib atlanardı. Bu da o deməkdir ki, bizim soy-kökümüzdə abır-həya var”.