“Hörümçək-adam” rolu ilə tanınan 51 yaşlı aktyor Tobi Maquayr ötən həftəsonu Havay adalarında 49 yaşlı zərgərlik dizayneri Cennifer Meyer ilə musiqi prodüseri Cefri Oqunlesinin nikah mərasimini aparıb.

OLAY yazır ki, 51 yaşlı Tobi Maquayr Cennifer Meyerlə boşandıqdan cəmi bir həftə sonra keçmiş həyat yoldaşının və onun milyarder nişanlısı Cefri Oqunlesinin toy mərasimində iştirak edib.

Qonaqlar arasında Tobi Maquayr və Cennifer Meyerin övladları 19 yaşlı qızları Rubi və 17 yaşlı oğulları Otis, eləcə də keçmiş həyat yoldaşlarının və yeni evlənənlərin dostları olub.

Toyda Leonardo Di Kaprio sevgilisi Vittoriya Çeretti ilə, Cef Bezos həyat yoldaşı Loren Sançezlə, həmçinin Kortni Koks, Reyçel Zoi və bir çox başqa məşhur simalar iştirak ediblər.

Keçmiş xanımının nikah məmuru oldu… Keçmiş xanımının nikah məmuru oldu… Keçmiş xanımının nikah məmuru oldu…