Keçmiş həyat yoldaşı Billi Bob Tornton içərisində Ancelina Colinin qanı olan şüşə qabı niyə özü ilə gəzdirdiyinə aydınlıq gətirib.

OLAY yazır ki, o bu barədə danışaraq məqsədinin sadəcə romantiklik olduğunu qeyd edib:

“Bu romantik fikirdən başqa heç nə deyildi. Amma ayrılanda bizi az qala yer altında yaşayan, bir-birimizin qanını içən və bu kimi şeylərlə məşğul olan vampir kimi təqdim etdilər”.

70 yaşlı aktyor Coli ilə yaxşı münasibətlərinin qaldığını qeyd edib və onunla yaşadığı illəri ömrünün ən gözəl illəri olduğunu bildirib. Fərqli həyat tərzləri olduğuna görə ayrıldıqlarını qeyd edən aktyor dost münasibətlərinin davam etdiyini açıqlayıb.

Xatırladaq ki, Tornton və Coli 1999-cu ildə çəkiliş meydançasında tanış olublar, 2000-ci ildə evləniblər, 2002-ci ildə Meddoks adlı uşağı övladlığa götürdüklərini elan ediblər və üç aydan sonra ayrılıblar.

Keçmiş əri Ancelinanın qanını şüşə qabda saxlamasından danışdı