“Vampir Gündəlikləri” serialının ulduzu İen Somerhalder və onun həyat yoldaşı, aktrisa Nikki Rid bildiriblər ki, Hollivudu tərk edib Kaliforniyanın Santa-Barbara yaxınlığındakı ekoloji fermaya köçdükdən sonra milyonlarla dollar borca düşüblər.

OLAY yazır ki, yeddi il əvvəl cütlük çəkilişlərdən uzaqlaşaraq şəhərdən kənarda yeni həyata başlamağa qərar verib. Lakin biznes planları uğursuz alınıb.

“Hamısı çökdü. Mən televiziya sahəsində inanılmaz gəlirli karyeranı maliyyə çətinliklərinə görə tərk etdim, çünki qurduğum biznesi düzgün idarə etməmişdim. Həyat yoldaşımla birlikdə maliyyə çuxuruna düşdük,”- deyə Somerhalder bildirib.

Aktyorun sözlərinə görə, bu vəziyyətdən çıxmaq son dərəcə çətin olub. Problemin həllində əsas rolu Nikki Rid oynayıb. “Alatoran” filminin ulduzu danışıqlar vasitəsilə borcların bir hissəsini tənzimləyə bilib. Borcun bir hissəsini ödəmək üçün cütlük əmlaklarını satmaq məcburiyyətində qalıb.

Karyerasını bitirən aktyor müflis oldu!