Səudiyyə Ərəbistanının “Al-Nassr” klubunda çıxış edən futbolçu Kriştianu Ronaldo karyerasını tezliklə başa vuracağına eyham vurub.

OLAYyazır ki, futbolçu bu ifadələri verdiyi müsahibədə işlədib.

“Karyeramın sonu yaxınlaşır. Gəlin hər oyundan zövq alaq. Karyeram möhtəşəm olub və belə də qalmasını istəyirəm. Hələ də zövq alıram, hələ də qollar vururam”- deyə Ronaldo bildirib.

O həmçinin vurğulayıb ki, yalnız indiki nəsil azarkeşlər üçün deyil, əvvəlki və gələcək nəsillər üçün də oynayır. Bununla belə, idmançı karyerasını dəqiq nə vaxt bitirəcəyini açıqlamayıb, amma bu anın uzaqda olmadığını hiss etdirib.