Hollivudun sevilən aktrisası Kameron Diaz və musiqiçi həyat yoldaşı Benji Meddendən xoş xəbər gəlib.

OLAY yazır ki, 2015-ci ildə ailə həyatı quran və şəxsi həyatlarını gözlərdən uzaq yaşamağı üstün tutan Diaz-Medden cütlüyü, yeni körpələrinin adını və yaşadıqları sevinc hissini izləyiciləri ilə paylaşıb.

“Kameron və mən üçüncü uşağımızın doğulmağını elan etməkdən sevinc duyuruq, həyəcanlıyıq və özümüzü çox şanslı hiss edirik.”- deyə Benji bildirib.

Qeyd edək ki, onların artıq 6 yaşında Raddix adlı bir qızı və 2 yaşında Kardinal adlı bir oğlu var. Cütlük ilk iki uşaqlarında olduğu kimi, üçüncü övladlarını da surroqat ana vasitəsilə dünyaya gətirməyi seçib.

Kameron Diazın oğlu dünyaya gəldi