Mərhum Xalq artisti Yaşar Nurinin qızı Ülkər Yaşarqızı bacısı Ülviyyənin vəfatı ilə bağlı danışıb.

OLAY yazır ki, bu barədə o, Baku TV-yə açıqlama verib.

Ülkər deyib ku, gecə saatlarında bacısı ona zəng edib:

“Çox savadlı qız idi, hüququ bitirmişdi, dövlət işində müstəntiq kimi çalışırdı. Gecə saat 4-ün yarısı zəng etdi ki, özümü çox pis hiss edirəm, tərləyirəm, anama de, tez, gəlsin. Azyaşlı qızı var, 6-cı sinifdə oxuyur. Anam bura çatana qədər uşaq məni görüntülü yığdı, dedi ki, xala qorxuram, anam yerdədi, yıxılıb. Dedim, qonşudan kömək istə, nənə çatır, mən də gəlirəm. Qızı kameranı çevirəndə gördüm ki, bacım uzanıb, bir nöqtəyə baxır, başa düşdüm ki, həyatını itirib. Qolunda təzyiq ölçən aparatla yıxılıb, ağzından da köpük gəlmişdi. Çox çətin olacaq onsuz, Gülnara baxmaq mənim öhdəliyimə düşəcək”.