Avroviziya təmsilçimiz Cəmilə Həşimova (Jiva) müsabiqə ərəfəsində yeni fotosessiyasını təqdim edib.

OLAY yazır ki, Jivanın obrazları mahnının süjet xəttinə uyğun olaraq hazırlanıb.

Fotosessiyanın ilk obrazında Jiva xəyanətkar sevgilisi tərəfindən oyuncaq kimi idarə olunan qadını canlandırır. Bu konsept çərçivəsində ifaçı əl-ayağı bağlı, azadlığı məhdudlaşdırılmış bir obrazda təsvir olunub.

İkinci obraz isə yenilənmiş, güclənmiş və azad qadının bədii ifadəsidir. Sözügedən fotosessiyanın bu hissəsi yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.

Layihənin kreativ rəhbəri Elvin Cabbarov, bədii rəhbəri Pərviz Əliyev, fotoqrafı isə Azər Cəfərdir. Jivanın makyajı Rüstəm Heybətov, saç düzümü Telman Heybətov tərəfindən hazırlanıb. Kreativ yanaşma ilə ərsəyə gələn və 12 saat davam edən çəkiliş prosesində 10 metrə yaxın saçdan istifadə olunub.

İlk obrazda istifadə edilən geyim xüsusi olaraq rəssam Gülçin Məmmədova tərəfindən Jiva üçün hazırlanmış əl işidir.

Xatırladaq ki, Jiva 14 may tarixində Vyanada keçiriləcək 70-ci Avroviziya Mahnı Müsabiqəsində 2 nömrə altında Azərbaycanı təmsil edəcək.

Jiva-dan maraqlı obraz! Jiva-dan maraqlı obraz! Jiva-dan maraqlı obraz!