Müğənni Günel Zeynalova bir müddət öncə qalmaqal yaşadığı aparıcı Burcu Esmersoydan danışıb.
OLAY yazır ki, bu barədə o, “Pərvizə görə” verilişində açıqlama verib.
Günel deyib ki, Burcunun özünə yazıb:
“Bu 6 il əvvəlki verilişdən imiş. Həqiqətən görməmişdim. Görmüş olsaydım, öncədən reaksiya verərdim. Reaksiya da deyil. Sadəcə oradakı gülməklərini, aşağılayıcı baxışını anlamadım. Əslində gülünc vəziyyətdə olan özləri idi, çünki mən onlara baxıb gülürdüm. İnsan gərək keçmişindən utanmasın. İtaliyada toy etməklə “cool” olmurlar. İnsanlara o şəkildə baxmamalısan. Yəqin ki, özünü çox avropasayağı görür, “Didem” də onun üçün “kıro” gəlir. Həmin videoya baxdım, dedim ki, burda nə baş verir? Ona da özüm yazdım. Elə bilirlər, məni bloka atıb. Bacımı bloklayıb. Haradasa görsəm, ona sözümü deyəcəyəm. Həm də iki il əvvəl “Didem”i yenidən oxumaq istəyəndə onunla qarşılaşmışdım. Dedim, rol almaq istəyərsən? Dedi, yox oynamaq istəmirəm. Soruşdum ki, niyə utanırsan? Dedi ki, bunu sonra danışarıq. Hətta nömrələrimizi də bir-birimizə verdik. Deməli, mən onu bu verilişdən sonra görmüşəm”.
Qeyd edək ki, Burcu 6 il əvvəl İbrahim Selimin verilişində “Didem” klipində rol alması ilə bağlı suala gülmüş, məcburiyyətdən çəkildiyini demişdi. Video yenidən viral olduqdan sonra Günel bu açıqlamanı yeni görmüş və Burcuya sərt reaksiya vermişdi.