Türk aktrisa İrem Helvacıoğlu ötən gün keçirdiyi qəza ilə bağlı paylaşım edib.
OLAY yazır ki, o instaqramda hekayə bölməsində paylaşım edərək bunları yazıb:
“Əvvəla narahat olan, axtaran hər kəsə çox təşəkkür edirik. Səkidə evimizə gedərkən yol hərəkət qaydalarının pozulması nəticəsində baş verən qəzaya biz də məruz qaldıq. Arxamızdakı maşın və motosikletin toqquşmasından sonra motosiklet bizi səkidə vurdu. Həmin an qızım Sora qucağımda idi. Onu qorumağa çalışarkən başımın üzərinə yıxıldım və yaralandım, başıma 10-12 dikiş atıldı. Keçmişdə əlimdə yaranmış sinir xəsarətim yenidən başladı. Yoldaşım Ural da yıxılaraq xəsarət aldı. Ən böyük şükür səbəbimiz qızımızın sağlamlığına zərər gəlməməsidir.Qəzada yaralanan hər kəsə keçmiş olsun diləklərimizi göndərirəm. Ancaq bu hadisə yol hərəkət qaydalarına riayət etməyin nə qədər vacib olduğunu göstərdi. Yaşanan hadisələrin cəzasız qalmaması üçün hüquq mühafizə orqanlarına müraciət edəcəyik”.
