İrem Dericinin Instagram hesabı bağlanıb.
OLAY yazır ki, bəzi mənbələrə görə müğənni “X” platformasında bir istifadəçiyə verdiyi sərt cavabdan sonra tənqidlər alıb və hesabını özü bağlayıb. Digər iddialara əsasən isə hesab texniki səbəblərlə və ya başqa bir şəxsin şikayəti ilə bağlanıb.
Sənətçi tərəfindən rəsmi açıqlama hələ verilməyib.