Qalmaqallı maliyyəçi Cefri Epşteyn öldüyü Nyu-York həbsxanasında güman edilən intihar məktubu qoyub.
OLAY yazır ki, federal hakim ehtimal olunan həmin məktubu ictimaiyyətə açıqlayıb. Məktub Epşteynin cinayət işi çərçivəsində məxfi saxlanılırdı.
“Onlar məni aylarla sorğu-suala tutdular, amma heçnə tapmadılar! Siz mənim nə etməyimi istəyirsiniz? Hönkür-hönkür ağlamağımı? Burada gülməli heç nə yoxdur, buna dəyməz!” deyə Epşteyn məktubda yazıb.