Müğənni Xatirə İslam maraqlı açıqlamalar edib.
OLAY yazır ki, “İncə səhər” verilişində qonaq olarkən sənətçi bunları danışıb:
“İnsana bir ziyan gəlirsə, hökmən onu tanıyan insandan gəlir. Səni tanımayan insan heç vaxt sənə pislik edə bilməz, çünki o bilmir səni harandan vurmaq lazımdır ki, səni incitsin. Amma səni tanıyan insan bilir səni haradan vurmaq lazımdır. Ona görə də məsafə yaxşı şeydir. Yaxşılıq etmək istəyirsənsə, tanımadığın adama et”.