Azərbaycanlı aktrisa Ülviyyə Xəlilbəyova instaqram paylaşımı ilə diqqət çəkib.

OLAY yazır ki, o instaqram səhifəsində öz fotosunu bu başlıqla paylaşıb:

“Bəlkə də kimsə deyər: “Axı o falçı deyil, necə bilsin?” – Bilirəm... Amma insan sevdiyini hiss etməlidir axı. Sevdiyinin nəyi sevdiyini, nədən incidiyini, nə ilə xoşbəxt olduğunu ürəyi ilə duymalıdır. Əgər bütün bunları mən izah etməliyəmsə, orada özümü ya müəllim, ya da ana kimi hiss edəcəm və ona görə davranacam. Bunu da istəmirəm axı... O an içimdə sanki kiçik bir qırılma olur. Nələrsə zədələnir”.

“İnsan sevdiyini hiss etməlidir” - Ülviyyə Xəlilbəyova