2017-ci ildə infarkt keçirən aktyor Antonio Banderas bu hadisənin onun həyata baxışını tamamilə dəyişdirdiyini bildirib.

OLAY yazır ki, Banderasın sözlərinə görə, infarkt onun Böyük Britaniyadakı evində baş verib. Hadisə yerinə gələn tibb işçiləri aktyoru xəstəxanaya çatdırıblar. Xəstəxanada ona təcili əməliyyat olunub və arteriyasına üç stent yerləşdirilib.

İnfarkt məşhur aktyorun həyatdakı prioritetlərini ciddi şəkildə yenidən nəzərdən keçirməsinə səbəb olub. Ən böyük dəyişikliklərdən biri siqareti tamamilə tərgitməsi və İspaniyaya qayıtması olub.

“İnfarkt həyatımda baş verən ən yaxşı hadisə idi. Sanki kimsə mənə eynək taxdı ki, əvvəllər fərqinə varmadığım reallığı nəhayət görə bilim” deyə o, bildirib

Aktyor vurğulayıb ki, ölümlə üz-üzə qalmaq ona əsl dəyəri olmayan şeylərə vaxt sərf etməyin nə qədər mənasız olduğunu anlamağa kömək edib.