“Hər janrın öz yaxşı mahnısı var. İndiki musiqiləri isə heç bir janra aid edə bilmirəm. İnd uşaqlar onlara baxır və deyir belə olmaq lazımdır. Bu da bədbəxtlikdir. Onların tamaşaçıları çoxdur. İfa tərbiyəli olmalıdır. Tərbiyəli və tərbiyəsiz ifa var”.

OLAY yazır ki, bu sözləri ARB TV-də yayımlanan “Günə bax” proqramında Əməkdar artist Sevda Ələkbərzadə deyib.

“Əvvəl də bayağı ifaçılar olub. Sadəcə efirə düşə bilmirdilər, senzura var idi. Studiyada mahnılar yazdırıb, kasetlərdə paylayırdılar. Biz onları görmürdük. Çünki internet də yox idi. Efirdə nümunəvi ifaçılar olurdu. Toylarda onlar var idi. İndi internet var, efirə hər kəs çıxa bilir, insanlara daha yaxın olur. Onlar sevilir və məşhurdur. O vaxtın bayağı musiqisini indiki ilə müqayisə edəndə görürük ki, əməlli mahnı olub”, - deyə, sənətçi bildirib.