W-trio” qrupunun keçmiş üzvləri - Xalq artisti Röya Ayxan, müğənnilər Natavan Həbibi və Elanrə Xəlilova illər sonra eyni səhnəni bölüşəcək.

OLAY yazır verir ki, bu barədə Elnarə Xəlilova “Xəzər axşamı” verilişində danışıb. O bildirib ki, onlar birgə Vaqif Gərayzadənin yaradıcılıq konsertində çıxış edəcəklər:

““W-trio” indi də var, aprelin 10-da Heydər Əliyev Sarayında “Bir müəllifin axşamı” adlı möhtəşəm konsert olacaq. Dəyərli sənətçilərimiz orada yer alacaq. Həmin gecə Əməkdar incəsənət xadimi, bəstəkar Vaqif Gərayzadənin bəstələri səslənəcək. Təbii ki, “W-trio” da orada birinci heyətlə - Röya, Natavan və Elnarə orada çıxış edəcəklər. Bəstəkarın “Eşq” mahnısını birlikdə səsləndirəcəyik. Ayrılıqda da Vaqif müəllimin mahnılarını oxuyacağıq”.

İllər sonra bir səhnəni bölüşəcəklər! İllər sonra bir səhnəni bölüşəcəklər! İllər sonra bir səhnəni bölüşəcəklər!