Tanınmış türkiyəli professor İlber Ortaylının vəfatından əvvəl çəkilmiş veriliş bu gün yayımlanıb.
OLAY yazır ki, sözügedən veriliş teleaparıcı Fatih Altayın “Teke Tek Bilim” adlı yutub layihəsidir.
Həmin layihənin qonaqlarından biri də, İ.Ortaylının dostu, professor Celal Şengör olub.
Verilişin əvvəlində “Teke Tek Bilim”in əfsanə heyəti ilə Prof. Dr. İlber Ortaylı aramızdan ayrılmadan əvvəl çəkdiyimiz son veriliş. Müəllimimizin xatirəsinə sevgi, hörmət və minnətdarlıqla…” sözləri yer alıb.
Yayımlanan veriliş izləyicilərin marağına səbəb olub.
Xatırladaq ki, İ.Ortaylı əməliyyat olunmamışdan əvvəl F. Altaylıya zəng edərək onunla bağlı veriliş hazırlamasını istəmişdi.
Qeyd edək ki, 78 yaşlı professor martın 13-ü müalicə aldığı xəstəxanada vəfat edib.
Sözügedən verilişi təqdim edirik: