Xalq artisti Zeynəb Xanlarovanın səhifəsində ötən gün vəfat edən professor İlber Ortaylı ilə bağlı paylaşım edilib.

OLAY yazır ki, sənətkarın mərhumla fotosu paylaşılaraq bunlar yazılıb:

“Ötən ilin sentyabr ayı. İstanbul Havalimanı. İlber Ortaylı Zeynəb Xanlarova ilə qarşılaşanda səmimi şəkildə sevindi. Gözəl bir təsadüf, unudulmaz bir görüş... İlber bəy söhbət zamanı 1970-ci illərin Türkiyəsində Zeynəb xanımın adının bir əfsanə kimi dolaşdığını xatırlatdı. Xüsusilə də onun İstanbul Açık Hava Tiyatrosu səhnəsində verdiyi konsertin necə böyük coşqu və sevgi ilə qarşılandığını qeyd etdi. O illərin tamaşaçılarının Zeynəb xanımı böyük rəğbətlə qarşıladığını vurğuladı. Bu gözlənilməz görüşdən çox xoşbəxt olduğunu da səmimi şəkildə dilə gətirdi. Türk dünyasının böyük dəyərlərindən biri olan İlber Ortaylının yeri hər zaman görünəcək. Ruhu şad olsun”.

“İlber Ortaylı Zeynəb Xanlarova ilə qarşılaşanda sevindi”