DJ Diplo həm Keti Perri, həm də Kanadanın keçmiş Baş naziri Castin Trüdo ilə bir vaxtlar görüşdüyünü iddia edib.
OLAY yazır ki, “Smart Girl Dumb Questions” adlı podkasta qonaq olan Diplo söhbət zamanı bildirib ki, hazırkı cütlüyün hər ikisi ilə sevgili olub.
Podkastda Kanadanın hazırkı baş naziri Mark Karninin cazibəsindən danışılarkən, Diplo araya girərək Perrinin hazırda Castin Trüdo ilə görüşdüyünü deyib. DJ 2014-cü ildə Keti ilə qısa müddətli münasibətdə olub. Ardınca isə “Trüdo ilə də görüşmüşəm” deyərək gözlənilməz bir iddia səsləndirib. O, ümumiyyətlə siyasətçilərdən xoşlanmadığını, amma Trüdonun ona maraqlı gəldiyini bildirib.
Diplo bu sözləri ciddi tonla desə də, nəzərə alsaq ki, Trüdo 2005–2023-cü illər arasında həyat yoldaşı Sofi Qrequar ilə evli olub, bu iddiaların həqiqətə uyğunluğu xeyli şübhə doğurur.
Buna baxmayaraq, DJ-in açıqlamaları sosial mediada tez bir zamanda gündəm olub. Diplonun dedikləri doğrudurmu, yoxsa sadəcə podkastda zarafat kimi səsləndirilib - hələ ki bu, bəlli deyil. Ancaq onun həm Perri, həm də Trüdo barədə sözləri artıq maqazin dünyasında müzakirə mövzusuna çevrilib.