Türkiyəli müğənni Nilufərin ötən gün Bakıda baş tutan konsertində maraqlı anlar yaşanıb.
OLAY “Qafqazinfo”ya istinadən yazır ki, sənətçinin Nilufər adlı pərəstişkarı səhnəyə yaxınlaşıb.
O bildirib ki, adı 25 il öncə əmisi tərəfindən qoyulub. Buna səbəb isə əmisinin sənətçiyə olan heyranlığıdır. Pərəstişkarı həmçinin musiqi ilə məşğul olduğunu bildirib.
Daha sonra ifaçı onu səhnəyə dəvət edib. Onlar birlikdə “Son arzum” mahnısını ifa ediblər.
Nilufər pərəstişkarına səsinin gözəl olduğunu və bu işlə peşəkar formada məşğul olmasını tövsiyə edib.