Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərovla bağlı daxili intizam qaydalarına uyğun olaraq tədbir görüb.
OLAY yazır ki, bu barədə “Qafqazinfo”ya federasiyadan məlumat verilib.
Bildirilib ki, Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük dəbilqə” turnirində tatamiyə çıxmayacaq. Buna səbəb isə H.Heydərovun çəkisini sala bilməməsidir.
O, 73 kq-da yarışa qatılmalı olsa da, çəkisi buna uyğun gəlməyib. Nəticədə daxili intizam qaydalarına uyğun olaraq cəzalandırlıb və yarışda iştirak etməyəcək.
Qeyd edək ki, Hidayət Heydərov Paris-2024 Olimpiya Oyunlarının mükafatçısıdır.