Müğənni Sevda Yahyayeva qızı Aida ilə bağlı paylaşım edib.

OLAY yazır ki, Sevda övladının ad günü olduğunu bildirib:

“Yanvarın biri... Həyatımın ən soyuq gününə ən isti möcüzə kimi gəldin, balaca qızım Aidam Bu gün 2 yaşın tamam olur. Sən gülüşünlə evimizi işıqlandıran, bacınla bir yerdə ürəyimi ikiqat döyündürən balaca möcüzəmsən. Ana olaraq sənə arzum budur ki, yolun həmişə işıqlı, qəlbin həmişə sevgi dolu olsun. Bacınla bir yerdə böyüyəsiniz, bir-birinizin dayağı, sirdaşı olasınız. Yaxşı ki, mənim qızımsan... ad günün mübarək, Aidam”.

“Həyatımın ən soyuq gününə isti möcüzə kimi gəldin”