Xalq artisti Brilliant Dadaşova həyat yoldaşı Ədalət Hacıyevin Gəncə Dövlət Dram Teatrına direktor təyin olunmasından danışıb.
OLAY yazır ki, bu barədə sənətçi “İncə səhər”ə açıqlama verib:
“Gəncəyə gedərəm, amma uşağımızı nə edək? Həyat yoldaşıma deyirəm, nə sevinirsən, arvad-uşağını atıb gedirsən. Deyir, uşaq e… Sürət qatarı var, bir dəfə getdik, 3 saata çatdıq. Həyatımda belə zövq almamışdım, heç bilmədim necə çatdıq, bir də gördüm, Gəncədəyəm”.
Qeyd edək ki, Ə. Hacıyev Rus Dram Teatrındakı vəzifəsindən azad edilərək Gəncəyə təyin olunub.