Azərbaycana məxsus təyyarənin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması nəticəsində 38 nəfər həyatını itirib.

OLAY yazır ki, həlak olanlar arasında olan ekipaj üzvləri – pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olunacaq.

Onların nəşinin tezliklə Qazaxıstandan gətiriləcəyi gözlənilir.

Qeyd edək ki, məlumatı bundan əvvəl APA yayıb.