Müğənni Britni Spirs hazırda sevgi münasibətlərə maraqlı olmadığını açıqlayıb.

OLAY yazır ki, 44 yaşlı müğənni şəxsi bloqunda ağ, kürəyi açıq paltarda rəqs edərkən özünü xoşbəxt hiss etdiyini bildirib. Onun sözlərinə görə, dostları ilə ünsiyyət ona kifayət edir və onlar onu güldürürlər.

“Düzünü desəm, heç kimlə görüşmək istəmirəm. Xeyr, təşəkkürlər” deyə Britni bildirib.

Sam Asqari ilə ayrıldıqdan sonra müğənni bir neçə dəfə tək olmağı sevdiyini deyib. Cütlük 2023-cü ildə ayrılıb, boşanmaları isə 2024-cü ildə rəsmiləşib. Britni daha əvvəl Kevin Federlaynla evli olub və bu nikahdan Şon Preston və Ceyden Ceyms adlı iki oğlu dünyaya gəlib.