Son dövrlərdə rəqəmsal platformalardakı layihələrdə rol alan türk aktrisa Hande Erçeldən gözlənilməz addım gəlib.
OLAY yazır ki, kamera qarşısında olmağa öyrəşən aktrisa karyerasına yeni bacarıqlar əlavə etməyə hazırlaşır. Hande Erçel hekayə yazarlığı və ssenari sahəsində özünü inkişaf etdirmək üçün avqustun sonunda Londona gedəcək.
Ssenarilərini rəqəmsal platformalara təqdim etməyi planlaşdıran Erçelin bu istiqamətdə əsas dəstəkçisinin prodüser sevgilisi Onur Güvenatam olduğu iddia edilib.