Tanınmış jurnalist Hacıbəy Heydərli 35 yaşını qeyd edib. Eyni gün təsisçilərindən biri olduğu Azxeber.com saytının isə 16 yaşı tamam olub.

OLAY yazır ki, Heydərli bu münasibətlə tədbir təşkil edərək dostlarını və media nümayəndələrini bir araya toplayıb.

Gecədə Mətbuat Şurasının sədri Rəşad Məcid, müxtəlif media qurumlarının başqanları, jurnalistlər, mədəniyyət nümayəndələri, müxtəlif qurumların mətbuat xidmətini təmsil edən şəxslər iştirak edib.

Qeyd edək ki, 2010-cu il aprel ayının 13-də gənc jurnalistlər Hacıbəy Heydərli və Əfsələddin Ağalarovun təşəbbüsü ilə yaradılan Azxeber.com hazırda hər gün müxtəlif sahələri əhatə edən yüzə yaxın xəbər, müsahibə, reportaj, köşə yazıları yayımlanır.
Azxeber.com, eyni zamanda, sosial şəbəkələrdə ən çox izlənilən xəbər portallarındandır.
 
Saytın instaqramda 860 min, tiktokda 800 min, yutubda 50 min, "feysbukda 100min, tredsdə 60 min, teleqramda isə 30 minə yaxın izləyicisi var.

Fotolar: İlqam Cəbiyev

Hacıbəy 35, Azxeber 16... Hacıbəy 35, Azxeber 16... Hacıbəy 35, Azxeber 16... Hacıbəy 35, Azxeber 16... Hacıbəy 35, Azxeber 16... Hacıbəy 35, Azxeber 16... Hacıbəy 35, Azxeber 16... Hacıbəy 35, Azxeber 16... Hacıbəy 35, Azxeber 16...