Müğənni-bəstəkar Hacı Nazim Məmmədovun övladı böyük səhnədə yer alıb.
OLAY yazır ki, ikinci sinif şagirdi olan Nur Məmmədzadə Kamera və Orqan Musiqisi Zalında Azərbaycanın xalq mahnısı “Laçınım”ı ifa edib. Musiqili gecə dirijor Fuad İbrahimovun rəhbərliyi ilə baş tutub.
Qeyd edək ki, konsert Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi şagirdlərinin Bakı Dövlət Kamera Orkestrinin müşayiəti ilə 28 May – Müstəqillik Gününə həsr olunub.
“İstiqlalın əbədi işığı” adlı konsert proqramı dinləyicilər tərəfindən maraqla qarşılanıb.