Müğənni Günel Zeynalova Türkiyədə küçə itləri ilə bağlı verilən qərara etiraz edib.
OLAY yazır ki, bu barədə o, instaqramda “story” paylaşıb. Günel bu qaydaya sərt reaksiya verib:
“Həqiqətən axmaqlıqdır. Allahın yaratdığı dilsiz canlılardı. Onlar bizdən daha mərhəmətli, sadiq və sevgi doludurlar. Tez öldürün, yaşamasınlar! Çünki hürürlər. Qovun, vurun, bəsləməyin açıqlaması nədir belə? Robot buraxın, məqsəd budur”.