Müğənni Gülay Zeynallı övladının atası Kamil Zeynallının Rusiyada həbs olunması ilə bağlı paylaşım edib.

OLAY yazır ki, Gülay instaqramda “story” paylaşıb.

O, Kamil üçün Prezidentdən kömək istəyib:

“İnşallah bu da keçər. Prezidentimdən kömək istəyirəm. Xahiş edirəm, Kamili yad ölkədə tək buraxmayın”.

Xatırladaq ki, Kamili Ermənistan Beynəlxalq axtarışa verdiyi üçün Rusiyada hava limanında saxlanılıb.