"Röya xanım konsertdə mənimlə olacaq və biz birlikdə "Can"ı oxuyacağıq".

OLAY yazır ki, bu sözləri sevilən müğənni Elçin Cəfərov "Afaqla 10lar" verilişində deyib.

29 mayda Heydər Əliyev Sarayında konsert verməyə hazırlaşan ifaçı bu özəl gündə onu səhnədə tək qoymayacaq duet ortaqlarından sadəcə birinin adını açıqlayıb:

"Konsertimdə duet ortaqlarımdan mənimlə bir səhnəni bölüşən simalar olacaq. Hamısının adını təbii ki, açıqlaya bilmərəm. Amma Röya xanım konsertdə mənimlə olacaq və biz birlikdə "Can"ı oxuyacağıq. Hazırlıqlarım çox yaxşı gedir. Gözəl repertuar hazırlamışam. Hətta elə mahnılar var ki, onları bu konsertə sala bilmədim, amma ikinci konsertdə mütləq ifa edəcəyəm. Çünki dinləyicilərim yazır və onları məndən istəyirlər. Yeni mahnılarım da var, amma onları hələ səsləndirməyəcəyəm. Komplekslərim məni vaxtında sərbəst olmağa qoymayıb, amma anladım ki, insan necədirsə elə yaşamalıdır.

Sənətçi özəl günündə ona güc və stimul verəcək ən əsas amili də açıqlayıb:

"Oğlum mənə o qədər gözəl enerji ötürürü ki, ona baxanda hər şeyi unuduram. Zalda gözüm ancaq ona baxacaq. Hətta deyir ki, narahat olma, həyəcanlansan mənə bax, həyəcanın keçəcək. Bütün həmkarlarımızın konsertlərinə dəstək olaraq bilet alıb getmək ən doğru addımdır. Bunu özüm üçün demirəm, belə olmalıdır. Komplekslərim məni vaxtında sərbəst olmağa qoymayıb, amma anladım ki, insan necədirsə elə yaşamalıdır".