62 yaşlı aktyor Bred Pitt 34 yaşlı braziliyalı futbolçu Neymarı meydanda tez-tez özünü yerə atdığı üçün məsxərəyə qoyub və ona düzgün simulyasiya etməyi öyrətmək üçün aktyorluq dərsləri təklif edib.
OLAY yazır ki, Pitt “Esquire” jurnalına müsahibəsində 2026-cı il dünya çempionatı zamanı futbolçunun meydandakı aktyorluq qabiliyyətini tənqid edib.
“Mən simulyasiya üzrə kurs açacağam, çünki bu oğlanlar (futbolçular) sadəcə dəhşətdirlər. Bu, indiyə qədər gördüyüm ən pis aktyor oyunlarından biridir” deyə Pitt bildirib.
“Neymardan başlayacağam, çünki meydanda nə qədər güclü olsa da, onun köməyə ehtiyacı var. Ona faulu necə düzgün “satmağı”, bunu təmkinli şəkildə və çox tez-tez etmədən necə göstərməyi öyrədəcəyəm ki, hər şey inandırıcı görünsün. Mənim bütöv bir təlim proqramım var” deyə Pitt əlavə edib.