Türkiyənin məşhur müğənnisi Gökselin Heydər Əliyev adına Sarayda baş tutan konserti maraqlı anlarla yadda qalıb.

OLAY-ın məlumatına görə, Göksel öz hitləri ilə yanaşı, Azərbaycan musiqisinə də müraciət edib.

O, “Bu qala, daşlı qala” mahnısı ilə tamaşaçıları əyləndirib.