Müdafiə Nazirliyinin Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kənan Seyidovun qızı Aysun ailə həyatı qurub.

OLAY “Qafqazinfo”ya istinadən yazır ki, Aysunun Ceyhun adlı bəylə toyu ötən gün paytaxtın dəbdəbəli məkanlarından birində keçirilib.

Məclisdə Xalq artistləri Aygün Kazımova, Röya Ayxan və digər tanınmış sənətçilər iştirak ediblər.

Gecənin çəkilişi isə Niko Abbasova həvalə olunub.

Kənan Seyidovun kürəkəninin tibb sahəsində tanınmış ailənin övladı olduğu bildirilir. General Bakı şəhəri Lokal gəlirlər Departamentinin İdarə direktorunun eks-müavini Qabil Tarquliyevlə quda olub. Tarquliyevlər hazırda tanınmış klinikalardan birinin sahibidirlər.