Gəncədə fəaliyyət göstərən xarici tikinti şirkətlərindən birinin rəhbəri vəfat edib.
OLAY “Qafqazinfo”ya istinadən yazır ki, Türkiyə vətəndaşı Mustafa Karabelanın Gülüstan yaşayış massivində yaşadığı evdə meyiti tapılıb.
Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. İlkin ehtimallara görə, 40 yaşlı iş adamı ürəktutmadan həyatını itirib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanılıb.
Məlumat üçün bildirək ki, mərhum Gəncə şəhərində avtomobil yollarının asfaltlanması işlərini həyata keçirən “DKT İnşaat Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycandakı filialının rəhbəri olub.