Məşhur türk aktyor Oktay Çubukun səhhətində problem yaranıb.

OLAY yazır ki,  anası - Özəl amerikan Robert liseyinin müdiri Nihan Çetinyamaçla Lizbonda olan sənətçinin ürəyi dayanıb.

30 yaşlı aktyor dərhal xəstəxanaya yerləşdirilib. Həkimlərin səyi nəticəsində sənətçi həyata qaytarılıb.

O, hazırda reanimasiyada müalicə olunur.