Futbolçu Kristianu Ronaldo Corcina Rodrigeslə evliliyi münasibətilə verdiyi müsahibədə bütün futbol azarkeşlərini həyəcanlandıran açıqlama verib.

OLAY yazır ki, “Əl-Nəsr” və Portuqaliya millisinin hücumçusu hazırkı mövsümün onun üçün sonuncu ola biləcəyinə işarə edib: “Çox güman ki, bu, futbolda son ilimdir. Arxamda möhtəşəm bir miras qoymaq istəyirəm” deyə 41 yaşlı futbolçu bildirib.

Kristianunun sözlərinə görə, peşəkar futboldan ayrılmaq onun həyatında böyük bir boşluq yaradacaq. Buna görə də o, karyerasını başa vurduqdan sonra nə ilə məşğul olacağını indidən düşünür: ailəsi ilə daha çox vaxt keçirmək, səyahət etmək və padel oynamaq.