DÇ-2026-nın seçmə mərhələsinin son turunda Azərbaycan yığmasının qonağı olacaq Fransa milli komandası Bakıya çatıb.
OLAY yazır ki, bu barədə məlumat Fransa Futbol Federasiyasının instaqram səhifəsində paylaşılıb.
Qeyd edək ki, Azərbaycan – Fransa matçı noyabrın 16-sı saat 21:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.