Əməkdar  artist Suğra Bağırzadə ailəsi ilə bağlı maraqlı açıqlamalar verib.

OLAY yazır ki, “İncə səhər”də qonaq olan sənətçi mərhum atasından söz açıb:

“Uşaqlıqdan çox məsuliyyətli insan olmuşam.  Ona görə ki, atam tələbkar insan idi. Anam daha xoş xasiyyətli, xanım-xatın, həmişə hər işimizi həll edən, söhbət edən, gözəl qadın idi. Allah ona rəhmət etsin. Bizim evdə qız uşaqları çox olduğu üçün atam daha tələbkar davranırdı. Narahat idi. Hamısından da çox mənə qarşı ciddi idi. Dəcəl deyildim, sakit idim. Məktəbə bir il tez başlamışdım, oxumaq-yazmağı daha tez öyrənmişdim. Atam məktəbdə demişdi ki, bu qızı götürün, onsuz da evdə oxuyub-yazır. Qoyun, uşaqlarla otursun, xoşunuza gəlməsə, sonra apararam. Mən də o birilərdən yaxşı oxudum, sinifdə saxladılar”.