Əməkdar artist Elza Seyidcahan özünəməxsus tərzi ilə diqqət çəkib.
OLAY yazır ki, ötən gün Göyçayda keçirilən Nar Festivalına qatılan sənətçi tədbirdə xüsusi hazırlanmış nar və bayraq üslubunda geyim və obrazı ilə səhnəyə çıxaraq tamaşaçıların marağına səbəb olub.
Seyidcahan festivalda “Nar” adlı yeni bəstəsini ilk dəfə ifa edib. Onun sözlərinə görə bu mahnı sevgi, torpaq və azərbaycançılıq hisslərini özündə birləşdirir. Müğənni bildirib ki, “Narın təbiəti, bayrağın ruhu və musiqinin gücü bir obrazda birləşərək səhnəyə fərqli rəng qatdı”.