Təxminən 6 aydır həbsdə olan jurnalist Fatih Altaylı, vəkillərinin etirazı əsasında apellyasiya məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.

OLAY yazır ki, məhkəmənin verdiyi 4 il 2 ay həbs cəzasına edilən etirazı dəyərləndirən yuxarı instansiya məhkəməsi həbsdə keçirdiyi müddəti və qaçma ehtimalının olmamasını nəzərə alaraq sərbəst buraxılmasına qərar verib.

Ümumilikdə 190 gün həbsdə qalan Altaylı Silivri Həbsxanasından azad edilib.