“Əvvəllər varlı olmaq insana hörmət qazandırırdı, pullu insanlarla dost olmaq prestij sayılırdı, pulla bir çox problemlər həllini tapırdı”.
OLAY yazır ki, bu sözləri müğənni Nura Suri sosial mediada yazıb. Nura fikirlərinə bunları da əlavə edib:
“İndi isə varlı olmaq qorxuludur. Bir də baxırsan ki, həm özü, həm də ətrafı tutulub, içəridədir. Ona görə də pullu adamların ətrafında az yaltaqlıq edib fırlanın. Vəzifə də bu gün var, sabah yox. Vicdanlı insan modeli yenidən dəbə gəlməlidir ki, insanlar bir az yaltaqlıqdan, ikiüzlülükdən, pulu və vəzifəsinə görə başqalarına yuxarıdan aşağı baxmaqdan vaz keçsinlər. Gedin yığdığınız pulları xeyirli işlərə xərcləyin - özünüzlə torpağın altına aparası deyilsiniz. Heç olmasa ağac əkin ki, nəfəs ala bilək”.