Türk aktrisa Oya Aydoğan son günlərdə qalmaqallar ilə gündəm olan aktrisa Evrim Akın haqqında danışıb.
OLAY yazır ki, o haqqında çıxan xəbərləri ona yaraşdırmadığını bildirib:
“Evrim Akın çox sevdiyim insandır. 75 seriya birgə serialda rol almışıq. Çox tərbiyəli insandır, onu çox sevirəm və haqqında deyilən sözləri ona yaraşdırmıra. O zorbalıq edəcək biri deyil. Mən belə şeylərini görməmişəm. Bu mövzuları eşitmək belə istəmirəm”.