Dünyaca məşhur Amerikalı supermodel Cici Hadidin başına iş gəlib.

OLAY yazır ki, podium ulduzunun evi gəmiricilərin hücumuna məruz qalıb. 

Yeni müsahibəsində 29 yaşlı Cici “siçovul problem” səbəbindən Nyu- Yorkdakı lüks mənzilini təmir etməyə məcbur olub.

“Mənzilimin terrasını dəyişmək məcburiyyətində qaldım, çünki siçovul problemimiz var idi. Bunu isə məkanın mövcud dizaynı ilə həll etmək mümkün deyildi”, - deyə  C.Hadid “Architectural Digest” nəşrinə müsahibəsində bildirib.  

Evini siçovullar basdı