50 yaşlı aktrisa Ancelina Coli keçmiş həyat yoldaşı Bred Pitt üzərində Fransadakı “Chateau Miraval” şərabçılıq müəssisəsindəki payının satışı ilə bağlı uzun illər davam edən məhkəmə işində qələbə qazanıb.

OLAY yazır ki, məhkəmədəki qələbədən sonra Coli Los-Ancelesdəki malikanəsini satışa çıxarıb. Aktrisa bu əmlakı 2017-ci ildə ayrılıqdan qısa müddət sonra Bred Pittin qonşuluğunda alıb.

Məlumata görə, aktrisa artıq iyul ayında ABŞ-ni tərk etməyi planlaşdırır və yaşamaq üçün iki ölkəni nəzərdən keçirir: sevdiyi Kamboca və ya Fransa.

Xatırladaq ki, Ancelina Coli və Bred Pitt 2016-cı ildə boşanıblar.

Evini satıb ABŞ-ni tərk edir!