Müğənni Cenifer Lopez alıcı tapılmadığı üçün dəfələrlə satış elanından çıxarılan Beverli Hillsdəki dəbdəbəli malikanə 20 milyon dollarlıq böyük endirimlə yenidən satışa çıxarılıb.

OLAY yazır ki, cütlük 2023-cü ilin may ayında təxminən 60,9 milyon dollara aldıqları və təmirinə milyonlarla dollar xərclədikləri evi satmaqda çətinlik çəkir.

Əmlakın satış prosesində diqqət çəkən qiymət dəyişiklikləri belədir:

  • İlk elan: 68 milyon dollar (təxminən 3 milyard TL)

  • İlk endirim: 59,9 milyon dollar

  • İkinci cəhd: 52 milyon dollar

  • Hazırkı qiymət: 49,9 milyon dollar (təxminən 2 milyard TL)

Evini sata bilməyib böyük endirim etdi!