Müğənni və bloqer Tatyana Tuzova, “Kukla Tanya” və ya “Rus Barbisi” kimi tanınan ifaçı, kuklalar topladığını etiraf edib — onun evində 13 mindən çox kukla var.

OLAY yazır ki, bu barədə “Piatıy kanal” məlumat yayıb.

Onun sözlərinə görə, kolleksiyadakı ilk kuklanı ona 1994-cü ildə valideynləri hədiyyə edib. İndi isə kuklaların ümumi dəyəri 250 milyon rubldan çoxdur.

“Bu masanın üzərinə mən 1959-cu ildən olan ilk Barbie kuklalarını yerləşdirmişəm. Onların hər birinin artıq 67 yaşı var və qiymətləri 2 milyon rubla çatır”, - deyə, Tuzova bildirib.